DGK Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının 600 minlik tenderi ləğv edildi

Bu gün, 11:31           
DGK Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının 600 minlik tenderi ləğv edildi
Dövlət Gömrük Komitəsi (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının laboratoriya və digər sərf materiallarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 594 468 AZN olub.// Pravda.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru