İrəvanda atışma başladı: Polkovnikin oğlu saxlanıldı
Bu gün, 10:24
İrəvanda atəş səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
Məlumata görə, baş verən atışmadan sonra keçmiş polis polkovnikinin oğlu saxlanılıb.
Hadisə Qriboyedov küçəsində baş verib. Nəşrin yazdığına görə, hadisəyə səsbəb məişət mübahisəsi olub.
Belə ki, qonşular arasında yaşanan mübahisə zamanı 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb. Ancaq xəsarət alanların olmadığı bildirilir. Aşot Şahnazaryan artıq saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılan şəxsin atası Ermənistan Yol Polisində yüksək vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir. Onun babası da vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib.