Trampın verdiyi vaxt bitməmiş Ukraynada dəyişiklik... - Knaysl

Bu gün, 11:22           
Trampın verdiyi vaxt bitməmiş Ukraynada dəyişiklik... - Knaysl
ABŞ Prezidenti Donald Tramp tərəfindən Rusiya ilə münaqişənin nizamlanması üçün təyin etdiyi vaxt bitməmiş Ukraynada daxili siyasi dəyişikliklər baş verə bilər. Bu, antikorrupsiya orqanlarının müstəqilliyinin məhdudlaşdırılması qərarından sonra Kiyevin gələcək siyasətinin müəyyənləşdirilməsi zərurəti ilə bağlı olacaq.

Axar.az xəbər verir ki, bunu Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl bildirib.

“Prezident Tramp tərəfindən qoyulan ultimatum və ya müddətə gəldikdə isə, qarşıdakı 35 gün ərzində çox şey baş verə bilər. Mən düşünürəm ki, bu, Moskva ilə Kiyev arasındakı münasibətlərdən daha az dərəcədə asılı olacaq. Ola bilər, bu, sadəcə fərziyyədir və mən həddən artıq təxmin yürütmək istəmirəm. Bu, sırf Ukraynanın öz qərarı olacaq”, - K.Knaysl vurğulayıb.

Qeyd edək ki, Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə olunması üçün 50 günlük müddət ayırdığını bildirmişdi. Əks halda, o, Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz ticarət rüsumları tətbiq etmək niyyətindədir. Lakin ötən gün amerikalı lider bu müddəti 10–12 günə qədər azaltdığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru