Peskovdan Trampın açıqlamasına reaksiya

2-11-2024, 09:48           
Peskovdan Trampın açıqlamasına reaksiya
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir.
Kreml Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığa niyə müdaxilə edilməli olduğunu anlamır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya və Çin əlaqələrini kəsəcəyinə söz verib.
"Burada aydın deyil ki, niyə bu əlaqənin kəsilməsinə ehtiyac var, nə üçün Rusiya və Çin arasında əməkdaşlığa müdaxiləyə ehtiyac var. Çünki bu əməkdaşlıq, həqiqətən, xüsusi, imtiyazlı xarakter daşıyır, həqiqətən strateji tərəfdaşlıqdır. Bu əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib", - Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq müstəsna olaraq hər iki xalqın maraqlarını ifadə edir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.