Əsəd: "Suriya dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadirdir"

1-12-2024, 15:45           
Əsəd: "Suriya dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadirdir"
Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.

TASS xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.

"Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə edir, müttəfiqləri və dostlarının köməyi ilə onları məhv etməyə qadirdir", - ofisin məlumatında deyilir.

Qeyd edək ki, sosial mediada paytaxt Dəməşqdə çevrilişin baş tutduğu və Əsədin Moskvaya qaçdığı barədə iddialar yayılıb. Dövlət başçısının ofisindən verilən açıqlama ilə bu iddialar təkzib edilib.

Digər iddialara əsasən, Rusiya yaxın saatlar ərzində Suriya hökumətinə yardım üçün hərbi kontingent göndərəcəyini vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru