"Daha nə edə bilərik ki? - Artıq qərar verilib"

1-12-2024, 16:18           
"Daha nə edə bilərik ki? - Artıq qərar verilib"
Ədliyyə Nazirliyi Azad Demokratlar (AD) və Azadlıq Partiyası (AP) haqqında məhkəmə iddiası qaldırıb.

Bizimxeber.az xəbər verir ki, iddia hər iki partiyalarının ləğv edilməsi ilə əlaqədar qaldırılıb.

Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc məhkəmə prosesindən xəbərsiz olduğunu deyib: "Çox pis xəbərdir, məlumatı sizdən eşidirəm. Gözləmirdim. Məhkəmə yolu ilə partiyanın ləğv etmək istəyirlər. Bizə heç bir məlumat verilməyib. Biz üzvlərimizlə bağlı siyahı təqdim etdik, onlar düzəliş üçün geri göndərdi. Siyahının üzərində işlədik və yenidən nazirliyə ünvanladıq. Bu, 2023-cü ilin avqustunda olub. Ondan sonra bizə heç bir məlumat verilməyib. Daha nə edə bilərik ki? Artıq qərar verilib".

Qeyd edək ki, 2023-cü il yanvarın 11-də qüvvəyə minən "Siyasi partiyalar haqqında” yeni qanunda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün ən azı 5000 üzv tələbi var. Azad Demokratlar və Azadlıq Partiyası 5 000 üzv ilə bağlı tələbi yerinə yetirmədiyi üçün bu partiyaların fəaliyyətinin dayandırılması məhkəmə qərarı ilə baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.