Sərkisyanın Bakı ilə bağlı şərti üzə çıxdı... - "Döyüşlər 7 gün davam etsəydi…”

Bu gün, 08:26           
Sərkisyanın Bakı ilə bağlı şərti üzə çıxdı... -
“Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha keçmiş prezident Serj Sərkisyanın 2018-ci ildə parlamentdəki məşhur çıxışını xatırladıb. Sərkisyan o zaman demişdi ki, aprel döyüşləri 7 gün davam edərsə, İrəvan rəsmi şəkildə Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” farksiyasının rəhbəri, Sərkisyanın komandasının üzvü Hayk Mamicanyan deyib.

O, keçmiş prezidentlə Paşinyanın fəaliyyətinin müqayisə edib:

“Biz heç vaxt Azərbaycanla birbaşa danışıqlar aparmamışdıq. Müzakirələrimiz beynəlxalq ictimaiyyətlə olub. Çünki proses əslində belədir. Paşinyan hökuməti isə Bakı ilə danışıqlara başladı və dərhal Tavuşun 4 kəndini (Qazaxın kəndləri-red.) təhvil verdi. Azərbaycan artıq həmin ərazilərdə bərpa işləri aparır, tikinti həyata keçirir”.

Mamicanyan Sərkisyanın Qarabağla bağlı ATƏT-in Misk qrupuna şərt irəli sürdüyünü bildirib:

“Aprel döyüşləri zamanı prezident dedi ki, müharibə 7 gün davam edərsə, Qarabağın müstəqilliyini tanıyacaq. O vaxt həmsədrlər qarşısında şərt qoydu. Dedi ki, BMT 2008-ci ildə olduğu kimi yenə bu mövzuda İrəvanın əleyhinə, Bakının xeyrinə olan qətnamə qəbul edərsə, biz dərhal Qarabağı tanıyacağıq”.

Xatırladaq ki, 2008-ci il martın 14-də BMT-nin 62-ci sessiyasında qurumun Baş məclisi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı 62/243 saylı qətnamə qəbul edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.