İran xarici işlər naziri Abbas Əraqçi “vaxt çatışmazlığından” Nyu-Yorka səfər etməyəcək.

21-01-2025, 10:24           
İran xarici işlər naziri Abbas Əraqçi “vaxt çatışmazlığından” Nyu-Yorka səfər etməyəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, xarici işlər naziri Abbas Əraqçi “vaxt çatışmazlığından” Nyu-Yorka səfər etməyəcək.
“Vaxt çatışmazlığı” bəhanəyə oxşayır. İran Yaxın Şərqdə fəal rola iddia edərkən, Birləşmiş Millətlər Təşkilatında Fələstin, o cümlədən Qəzza zolağında vəziyyətin müzakirəsindən imtina edib.
Görünür, ABŞ və Qətərin vasitəçiliyi ilə İsrail hökuməti ilə “Həmas” təşkilatı arasında əldə edilən atəşkəs və girovların azad edilməsi razılaşması İrandakı mühafizəkar dairələrin maraqlarına cavab verimir.
Yəqin hesab edirlər ki, bu razılaşmadan sonra İsrailin və ABŞ-ın diqqəti İrana yönələcək.
Diqqətlər Yeni Prezident Donald Trampın İranla bağlı hansı siyasəti həyata keçirəcəyinə yönəlib.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru