Bakının Suriyaya yardım göndərməsinə - Rəsmi cavab

11-10-2016, 12:54           
Bakının Suriyaya yardım göndərməsinə - Rəsmi cavab
Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi quruma bu məsələ ilə bağlı hər hansı məlumat daxil olmayıb:

"Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabineti qərar qəbul etməlidir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bizə belə bir qərar daxil olmayıb".

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumundakı çıxışında Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırdığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru