Tehranda Xəzər İqtisadi Forumu keçirilir

18-02-2025, 12:38           
Tehranda Xəzər İqtisadi Forumu keçirilir
Fevralın 17-də İranın paytaxt şəhəri Tehranda Xəzəryanı ölkələrin iştirakı ilə üçüncü Xəzər İqtisadi Forumu işinə başlayıb.

Mehr xəbər agentliyinin məlumatına görə, iki günlük forum Xəzəryanı dövlətlər arasında iqtisadi və ticari əməkdaşlığın artırılması üçün həllərin təqdim edilməsi məqsədi ilə keçirilir.

Forumun ilk günündə dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji və bir sıra digər iqtisadi məsələlər ətrafında panel müzakirələri baş tutacaq.

Fevralın 18-də isə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın Baş nazirləri müzakirələri davam etdirərək, yekun olaraq əməkdaşlığın gücləndirilməsi və sazişlərin həyata keçirilməsi üzrə tədbirləri özündə əks etdirən yekun bəyannamə imzalayacaqlar.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumat verir ki, fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasına işgüzar səfərə gəlib.

Baş naziri Tehranın Mehrabad hava limanında İranın yol və şəhərsalma naziri, iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

İlk Xəzər İqtisadi forumu 2019-cu ildə Türkmənistanda, ikinci forum isə 2022-ci ildə Rusiyada keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.