Büdcədə 519 milyonluq kəsir

14-10-2016, 14:07           
Büdcədə 519 milyonluq kəsir
Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103,1 milyon. manat, xərcləri 10 milyard 622,2 milyon manat olmuş, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.
Gəlirlər
2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12 milyard 98,3 milyon manat proqnoza qarşı 10 milyard 103,1 milyon manat və ya 16,5 faiz az icra olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4 milyard 926,3 milyon manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8 faiz çoxdur.
2016-cı ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1 milyard 653,8 milyon manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 mlrd. 260,0 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 2 mlrd. 370,5 mln. manat və ya 42,1 faiz azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olmuşdur.
2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3 mlrd. 969,3 mln. manat icra olunmuşdur.
Xərclər
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10 mlrd. 622,2 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 mlrd. 514,0 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9 faiz çoxdur.
Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 mlrd. 151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 mln. manat vəsait yönəldilmişdir.
2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin iyul -sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3 mlrd. 800,7 mln. manat icra olunmuşdur.
İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 mlrd. 951,0 mln. manat, icmal büdcənin xərcləri isə 12 mlrd. 623,4 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 2 mlrd. 327,6 mln. manat təşkil etmişdir.
fins.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.