İrəvan təkliflərini Bakıya təqdim etdi: - Bu problemin həlli üçün

Bu gün, 15:58           
Ermənistan Azərbaycana dəmir yolu ilə yükdaşıma probleminin həlli ilə bağlı təklif təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin ofisinin bəyanatında deyilir.

“Ermənistan Respublikası 2025-ci ilin yanvarında Azərbaycanın qərb rayonlarından Ermənistan Respublikasının ərazisi ilə NMR-ə, əks istiqamətdə və üçüncü ölkələrə, Ermənistan Respublikasının şimal-qərb rayonlarından Azərbaycan Respublikasının ərazisindən keçməklə, o cümlədən cənub istiqamətində, eləcə də Ermənistanın cənubundakı ölkələrə dəmir yolu yüklərinin daşınması probleminin həlli ilə bağlı və o cümlədən silahlara qarşılıqlı nəzarət üçün ikitərəfli mexanizmin yaradılmasını nəzərdə tutan təklifləri Azərbaycan Respublikasına yazılı təqdim edib və Azərbaycandan müsbət cavab gözləyir”, - deyə məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.