Bu siyahıda pornoqrafiya, qumar, dopinq vasitələri var....

19-10-2016, 09:37           
Bu siyahıda pornoqrafiya, qumar, dopinq vasitələri var....
Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”-nı təsdiq edib.

teref.az -nun məlumatına görə, “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na 15 növ əmtəə daxildir.

Siyahı:

Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr
İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr
Həkim resepti əsasında buraxılan dərman vasitələri
Dopinq vasitələri
İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları
Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər
Süni mayalanma üzrə tibbi xidmətlər
Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar
Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar
Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri
Qumar oyunları
Pornoqrafiya
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.