İlham Əliyev 2 nazirin səlahiyyətini əlindən aldı - fərman

19-10-2016, 09:52           

Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanına dəyişiklik edib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

1. 1.4-cü bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

2. 1.5-ci bəndə “Mərkəzi Bankı” sözlərindən sonra “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri əlavə edilsin.

3. 2-ci hissənin birinci cümləsində “dövlət orqanının” sözləri “yoxlayıcı orqanın” sözləri ilə əvəz edilsin.

Beləliklə, maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov yoxlama aparmaq səlahiyyətindən məhrum edilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru