Qrenlandiyadan Trampa cavab: "ABŞ adanı ala bilməyəcək" 99

31-03-2025, 11:47           
Qrenlandiyadan Trampa cavab: "ABŞ adanı ala bilməyəcək"  99
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın adanı ilhaq etmək niyyətini şərh edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Tramp deyib ki, ABŞ Qrenlandiyanı alacaq. İcazə verin, açıqlayım: ABŞ onu ala bilməyəcək. Biz başqalarına aid deyilik. Biz öz gələcəyimizi özümüz həll edirik. Dünən belə idi. Bu gün də belədir. Və belə də olacaq", - siyasətçi bildirib.

Nilsen vurğulayıb ki, Qrenlandiya xalqı ABŞ prezidentinin bu cür bəyanatlarından qorxmamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru