Trampla Maskın fikir ayrılıqları

9-04-2025, 08:14           
Trampla Maskın fikir ayrılıqları
Elon Maskın sərvəti 300 milyard dollardan aşağı düşüb. Çünki Trampın tarifləri yalnız dost olmayanlara deyil, eləcə də, onun yaxın ətrafına mənfi təsir edir. Xatırladım ki, dünyanın ən zəngin insanı olan Elon Maskın sərvəti 430 milyard dollardan artıq olduğu deyilirdi. Belə çıxır ki, Tramın tarif qərarı artıq onun yaxın adamı hesab edilən Maskın sərvətinin üçdə birini “yeyib”.
Mask şəxsən Trampdan kütləvi tarifləri ləğv etməyi xahiş etsə də, heç nə alınmayıb. “Vashington Post” qəzeti milyarderin istəklərinin uğursuz olduğunu öyrənib. Mask, Tesla-nın baş direktoru olaraq, tariflərin ABŞ və Çinin əsas istehsal və istehlak mərkəzləri olan şirkətinə zərər verdiyinə inanır. Beləliklə, Trampın hakimiyyətə gəlməsinin əsas dəstəkçisi olan Elon Mask indi bunun ağrısını çəkməkdədir. Necə deyərlər: “İnsanın özünə etdiyini el yığılsa, edə bilməz”.
Dadash Ahmadli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru