Genişmiqyaslı rusiya-Ukrayina müharibəsinin 1140-cı günü...

9-04-2025, 07:54           
Genişmiqyaslı rusiya-Ukrayina müharibəsinin 1140-cı günü...
Fikirlərimə Ukrayina milli identikliyinin yaradıcısı Taras Şevçenkonun sözləriylə başlamaq istərdim:
"Mübarizə aparın-qalib gələcəksiniz, Allah da Sizə kömək edir. Həqiqət üçün, izzət və müqəddəs iradə üçün!"
Bəli, bugün Ukrayina xalqının mübarizə aparmaqdan savayı yolu yoxdur. Üç il, iki aydır rusiya təcavüzünə məruz qalan Ukrayina tarixinin ən böyük imtahanından keçir.Hər bir xalqın taleyində buna oxşar hadisələr olub.XX əsrdə üç dəfə- "Holodomor", Stalin represiyyaları, 2-ci Dünya müharibəsinin məşəqqətlərini yaşayan Ukrayina xalqı XXI əsrdə də putin rusiyasının işğalına məruz qalıb. Ukrayina hürr yaşamağı seçməklə, köləliyə yox dedi. 1140 gündür davam edən müharibə həm də Ukrayinanın qərbi və şərqi arasındakı ideoloji fərqi ortadan qaldırdı.Bu gün meydanda rusiya imperializminə qarşı birləşən vahid Ukrayina xalqını görürük.Çünki gücümüz-birliyimizdədir, həmrəyliyimizdədir!
Son günlər baş verən hadisələr rusiyanın terror mahiyyətini bir daha göstərir. Ukrayinanın dinc şəhərləri hədəf alınır, mülki əhalinin yaşadığı binalar dağılır və nəticədə günahsiz insanlar həlak olur. Belə ki, 04.04.2025-ci ildə Kiriviy-Riq şəhərinə atılan ballistik "İskender-M" raketinin uşaqların oynadığı meydançaya düşməsi və nəticədə 9-uşaq olmaqla, 20 nəfərin həlak olması rusiyanın işğalçı və terrorçu mahiyyətini bir daha açmış oldu. Məsum uşaqların günahı nə idi? Beləmi müharibə aparılır? Uşaq qatili putinlə danışmağın heçbir faydası yoxdur. Çünki onun başa düşdüyü bir dil var-güc! 3 günə Kyivdə parad keçirməyi planlaşdıran putin bu müharibənin başlanğıcından artıq uduzan tərəf idi. Bu savaş rusiyanın "əfsanəvi" gücü haqqında rəvayət yaradanların "rus ordusu" mifini darmadağın etdi. Bu gün meydanda dünyanın güclü ordularından biri Ukrayina ordusu var. Çünki Ukrayina xalqı və ordusu küllərindən(od mənasında) doğulub. Müharibə dövründə Ukrayina həm də özünün hərbi-sənaye kompleksini qurmuş oldu. Ukrayina xalqı öz ordusuna inanır. Son sözü də Ukrayina əsgəri deyəcəkdir!
Qabil Osmanlı
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.