ABŞ hərbçiləri Ermənistana gəldi: İrana zərbə planı?

9-04-2025, 08:38           
ABŞ hərbçiləri Ermənistana gəldi: İrana zərbə planı?
Bu yaxınlarda ABŞ hərbi departamentinin əməkdaşları və hərbçilər də daxil olmaqla, amerikalıların böyük bir qrupu Ermənistana gəlib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, səfərin məqsədi Ermənistan-Amerika hərbi əməkdaşlığı üzrə birgə proqramlar üzərində işləməkdir. Mənbə hansı proqramların müzakirə olunduğunu açıqlamayıb.
Nəşr məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Ermənistan MN-dən bildirilib ki, daim beynəlxalq əməkdaşlıq haqqında məlumat veririk: “Bu barədə əlavə məlumat verə bilmərik”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın təlim bəhanəsi ilə Almaniyadan 150-dən çox hərbi texnikanı və əsgərlərini Ermənistana köçürəcəyi haqda məlumat yayılmışdı. Bəzi media qurumları isə bu hərbi texnika və canlı qüvvənin sentyabra qədər Ermənistanda qalacağı və İrana qarşı mümkün əməliyyatda istifadə olunacağını bildirmişdi.
Xatırladaq ki, ABŞ-ın danışıqlar uğursuzluğa düçar olacağı təqdirdə İrana sentyabra qədər zərbə endirə biləcəyi iddia edilir. \\Axar.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru