İkiüzlülük standartları

Bu gün, 09:54           
İkiüzlülük standartları
Qərb ölkələri daim insan hüquqları uğrunda mübarizə apardıqlarını bəyan edirlər, amma öz evlərində bu çağırışlara əməl etməyə tələsmirlər.

Vaşinqton və Brüssel mütəmadi olaraq onlara sərf etməyən ölkələri müxalifətə təzyiq göstərməkdə ittiham edirlər. Bu cür tənqidlərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır.

Məsələn, bu ilin aprelində ABŞ-ın sabiq dövlət katibi Entoni Blinken prezident İlham Əliyevi fəal Qubad İbadoğlunu azad etməyə çağırdı. Ardınca, Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers ona çıxarılmış hökmü “Azərbaycanda fikir ayrılığına dözümsüzlüyün daha bir qaranlıq mərhələsi” adlandırdı.

Amma qərbin özündə də müxalif siyasətçilərin həbsi qeyri-adi hal deyil. Buna ən son nümunə — Fransa sağçılarının lideri Marin Le Penin işi oldu. Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirləndirilən Le Pen 5 il müddətində seçkilərdə iştirak hüququndan məhrum edildi, 4 il həbs və cərimə cəzasına məhkum olundu.

Avropa İttifaqında jurnalistlərə qarşı təzyiqlər də yüngül deyil. Aprelin əvvəlində Almaniya məhkəməsi “Deutschland-Kurier” qəzetinin baş redaktoru David Bendelsə hökumətin daxili işlər naziri Nensi Faezer haqqında satirik fotomontaj dərc etdiyi üçün hökm oxudu. Maraqlıdır ki, həmin montajda nazirin əlində “Mən söz azadlığından zəhləm gedir” yazılan plakat vardı.

ABŞ-ın İraqda törətdiyi hərbi cinayətləri ifşa edən WikiLeaks qurucusu Culian Assanj artıq 5 ildir ki, Britaniyada həbsdədir. Amma Azərbaycanda “Meydan TV” əməkdaşları həbs olunanda, qərb dərhal onların azadlığa buraxılmasını tələb etdi.

Qərb ölkələrinin ikiüzlülüyü beynəlxalq siyasətdə də özünü açıq şəkildə göstərir. Mart ayında Ermənistana səfər edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer sosial şəbəkələrdə erməni separatçılarının bayrağını paylaşdı. Daha sonra isə sanki heç nə olmamış kimi Bakıya gəlib, prezident İlham Əliyevlə görüşündə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdi.

Ehtimal ki, bu cür siyasi manevrlər Avropanın Azərbaycanla əlaqələri pozmaq istəməməsi ilə bağlıdır. Yalnız bu ilin yanvar-fevral aylarında Avropa İttifaqı Azərbaycandan təxminən 1,9 milyard kubmetr qaz alıb — özü də aşağı qiymətə. Amma əgər belədirsə, Brüssel öz enerji asılılığını da unutmamalı və səbrimizi sınağa çəkməməlidir.
Azeri Time












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.