Rubio: "Danışıqlar uğursuz olsa, Ukrayna gələcəkdə Rusiyadan daha sərt sülh şərtləri ala bilər"

24-04-2025, 07:54           
Rubio: "Danışıqlar uğursuz olsa, Ukrayna gələcəkdə Rusiyadan daha sərt sülh şərtləri ala bilər"
ABŞ ikitərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşür.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Free Press”ə müsahibəsində deyib.

“Bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır. Biz bunu indi daha yaxşı başa düşürük”.

ABŞ dövlət katibi Ukraynada müharibənin hərbi yolla həllinin olmadığını da vurğulayıb.

"ABŞ-ın rəhbərlik etdiyi danışıqlar uğursuz olarsa, Ukrayna gələcəkdə daha pis vəziyyətə düşə və Rusiyadan daha sərt sülh şərtləri ala bilər", - Rubio əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru