Ukrayna Tramp planına razı olmayacaq
Bu gün, 11:38

ABŞ Prezidenti Donald Tramp haqlıdır, Ukrayna 2014-cü ildə Krım uğrunda savaşmadı, Rusiya rahatlıqla yarımadanı işğal etdi. Ancaq bu o demək deyil ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımalıdır. Vaşinqtonun istəyi budursa, sülh mümkün olmayacaq. Kiyev Krımın müharibə ilə geri qaytarılmasının çətin olması reallığını qəbul edir, ancaq Ukrayna huquqi baxımdan yarımadanın Rusiya ərazisi kimi tanımayacaq. Özünə hörmət edən heç bir dövlət nə qədər zəif olsa belə buna razılaşmaz. Bu gün Krımı Rusiya ərazisi kimi tanımağa məcbur edəcəklər, sabah Donbası tələb edəcəklər, bir az keçəcək, Kremldən yeni sifarişlər gələcək ki, “Xarkov və Odessa da bizimdir” və bunun ardı-arası kəsilməyəcək. Vaxtilə Qərb ölkələri keçmiş Çexoslovakiyanın Sudet bölgəsini də Hitlerə “peşkəş” etməklə faşistlərin bununla kifayətlənəcəklərini düşünürdülər. Kifatələnmədilər, əksinə iştahları artdı. Hitler Almaniyası Sudetlə bərabər Çexolovakiyanın tamamı işğal etdi, bu yetmədi 1939-cu il sentyabrın 1-də Polşaya qarşı hücuma keçdi.
Elxan Şahinoğlu
TEREF