Ağ Evdə qalmaqal: - Mask və Bessent toqquşdular
Bu gün, 10:51

ABŞ Hökumətinin Səmərəliliyi departamentinə (DOGE) nəzarət edən İlon Mask və ABŞ-nin Maliyyə naziri Scott Bessent Ağ Evdə prezident Donald Trampın gözü qarşısında sərt mübahisə ediblər.
AzVision.az xəbər verir ki, prezident administasiyandakı öz mənbələrinə isinad edən “ Axios” portalı belə məlumat yayıb.
“Bunlar Ağ Evin Qərb qanadının foyesində WWE (güləş matçı) keçirdiklərini zənn edən iki orta yaşlı milyarder idi”, - mübahisənin şahidlərindən birinə istinadən “Axios” yazır.
Portalın iddiasına görə, rəqiblərin qarşıdurmasına səbəb Daxili Gəlir Xidmətinin (IRS) taleyi ilə bağlı fikir ayrılığı olub. Onların hər biri öz namizədini federal vergi agentliyinin rəhbəri postunda görməık istəyib.
- Oval kabinetdə onların arasında heç bir fiziki təmas olmayıb, amma prezident bunu görüb. Sonra onlar dəhlizə çıxaraq yenidən bunu ediblər. Bu, əsl səhnə idi. Bu, yüksək səsli idi. Bu, həqiqətən də yüksək idi”, - hadisənin şahidləri bildiriblər.
“Axios” qeyd edir ki, mübahisəyə Maskın Qari Şeplini IRS-in rəhbəri kimi görmək istəməsi səbəb olub. Bessent bu vəzifəyə öz müavini Maykl Folkenderin lobbiçiliyini edib, lakin “Tesla”nın yaradıcısı onun qarşısını almağa çalışıb. Hələ bir həftə əvvəl bu əsnada Maska şəxsən yaxınlaşan Maliyyə nazirinin onunla mübahisəsində “F” hərfi ilə başlayan söyüşlər səslənib.
Bessent DOGE-nin büdcəyə əhəmiyyətli miqdarda pul qənaət edəcəyini bildirən vədlərini yerinə yetirmədiyi üçün Maskı tənqid edib. Mask bunun cavabında Maliyyə nazirini “Soros agenti” adlandırıb. Portalın iddiasına görə, mübahisə o qədər ciddi olub ki, mübahisə edənləri sakitləşdirmək üçün Trampın köməkçilərindən biri onların arasına girmək məcburiyyətində qalıb.
“Skott Bessent bu raundda qalib gəldi. Çünki Vergilər Agentliyinin rəhbəri məhz onun himayədarlıq etdiyi şəxs oldu. Ancaq mən Mask kimi bir oğlanın düşmənlərim sırasında olmasını istəməzdim”, - portalın mənbələrindən biri vurğulayıb.
Qeyd edək ki, daha əvvəl İlon Mask “X” sosial şəbəkəsində Donald Trampın Ticarət və İstehsalat üzrə baş müşaviri Piter Navarronu “əsl axmaq” adlandırıb.