ABŞ Qrenlandiya məsələsində hərbi gücdən istifadə edə bilər

5-05-2025, 09:16           
ABŞ Qrenlandiya məsələsində hərbi gücdən istifadə edə bilər
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarət məsələsində hərbi gücdən istifadə imkanını istisna etmədiyini bildirib.

Oxu.Az xəbər verir ki, o bu barədə "NBC News"a verdiyi müsahibədə danışıb:

"Bunu istisna etmirəm. Bunu edəcəyimi də demirəm, amma heç nəyi istisna etmirəm. Xüsusilə də indiki halda", - dövlət başçısı bəyan edib.

O qeyd edib ki, ABŞ Qrenlandiyaya həddindən artıq ehtiyac duyur: "Qrenlandiyada çox az adam yaşayır. Biz onlara qayğı göstərəcək və qoruyacağıq. Bu bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır", - Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru