Putin atəşkəsin yubadılmasının səbəbkarıdır

16-05-2025, 12:14           
Putin atəşkəsin yubadılmasının səbəbkarıdır
Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya Prezidenti Vladimir Putini Rusiya və Ukrayna arasında atəşkəsi “əngəlləməkdə” ittiham edib.

“The Guardian” xəbər verir ki, bunu Starmer Putinin Türkiyədə sülh danışıqları üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etməsi ilə əsaslandırıb.

“Bu gün baş verənlər, Putinin vaxt uzatdığının daha bir sübutudur. Məhz Putin atəşkəsin gecikməsinin səbəbkarıdır. Ukrayna çoxdan, bir neçə ay əvvəl, 30 günlük şərtsiz atəşkəs istədiyini aydın şəkildə bəyan edib və biz çoxdan deyirik ki, məhz Putin bu sülhə gedən yolda dayanıb”, – Baş nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru