NATO-nun baş katibi: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib

16-05-2025, 11:44           
NATO-nun baş katibi: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib
NATO-nun baş katibi: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib
NATO-nun baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanın göndərdiyi heyətin tərkibindən narazıdır.

O, bunu Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

“Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib”, – o qeyd edib.

Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir, o, 2022-ci ilin yazında da İstanbulda Rusiya danışıqçılar qrupuna başçılıq etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru