ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək

16-05-2025, 10:18           
ABŞ Suriyaya qarşı sanksiyalardan 180 gün müddətinə müvəqqəti imtina edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyaya qarşı sanksiyalar rejiminə 180 gün müddətinə müvəqqəti güzəştlər tətbiq edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Antalyada jurnalistlərə bildirib.

“Biz "Sezar Qanunu"nda nəzərdə tutulan və hər altı aydan bir uzadılmalı olan istisnalardan istifadə edirik”, – Rubio qeyd edib.

O vurğulayıb ki, bu addım beynəlxalq donorların Suriyaya sanksiya riski olmadan humanitar yardım göndərmələrinə imkan verəcək, lakin dəyişikliklərin müvəqqəti xarakter daşıdığını da qeyd edib.

“Biz müvəqqəti tədbirlərlə başlayırıq və gələcəkdə sanksiyaların Konqres vasitəsilə tamamilə ləğvi məsələsinə baxacağıq”, – Rubio əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru