"Hizbullah" və SEPAH arasında təhlükəsizlik narahatlığı: İran geri addım atır?

16-05-2025, 07:46           
"Hizbullah" və SEPAH arasında təhlükəsizlik narahatlığı: İran geri addım atır?
"Hizbullah" nümayəndələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinin ölkədən çıxarılmasını tələb ediblər.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, "Hizbullah"ın bu istəyinin səbəbi SEPAH zabitlərinin İsrail tərəfindən qətlə yetirilmə ehtimalı ilə bağlı narahatlıqdır.

Məlumata görə, Tehrana təzyiq göstərmək və Vaşinqtonla Tehran arasında danışıqlar prosesini pozmaq məqsədilə sui-qəsdlər ola bilər.

İsrailin Baş naziri Benyamin Netanyahu ötən günlərdə İranın nüvə proqramının irəliləməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd olunub ki, hazırda SEPAH zabitləri ciddi təhlükəsizlik tədbirləri altında Livandan kənara köçürülürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru