Zelenski ABŞ-nin vitse-prezidenti Venslə söhbətin təfərrüatını açıqladı

Bu gün, 11:14           
Zelenski ABŞ-nin vitse-prezidenti Venslə söhbətin təfərrüatını açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə Romada görüşünü məhsuldar hesab edib.

Teleqraf xəbər verir ki, Ukrayna lideri özünün "Telegram" səhifəsindəki paylaşımında bildirib: "Görüş zamanı rusların qərar qəbul etmək səlahiyyəti olmayan aşağı səviyyəli nümayəndə heyəti göndərdiyi İstanbul danışıqları müzakirə olunub. Mən Ukraynanın real diplomatiyaya hazır olduğunu təsdiqlədim və sürətli, tam, qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğuladım”.

Zelenski həmçinin qeyd edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların zəruriliyi, ikitərəfli ticarət, müdafiə sahəsində əməkdaşlıq, döyüş meydanındakı vəziyyət, gələcəkdə əsirlərin mübadiləsi məsələlərinə toxunulub.

"Rusiyaya qarşı təzyiqlər müharibəni dayandırmağa hazır olana qədər davam etməlidir. Təbii ki, biz ədalətli və davamlı sülhə nail olmaq üçün birgə addımlarımızı müzakirə etdik", - Zelenski bildirib.

O həmçinin insanların həyatının xilas edilməsində göstərdiyi dəstəyə görə bütün Amerika xalqına təşəkkür edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.