Bessent: ABŞ-nin reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm

19-05-2025, 11:34           
Bessent: ABŞ-nin reytinqini endirən Moody’s agentliyinə etibar etmirəm
ABŞ-nin maliyyə naziri Skott Bessent bu həftə ABŞ-ın kredit reytinqini endirən Moody’s reytinq agentliyinə etibar etmədiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Əhəmiyyətli olan budur ki, Prezident Donald Tramp Yaxın Şərqə tarixi səfərdən yenicə qayıdıb və ABŞ-yə trilyonlarla dollar sərmayə gəlir. İnvestorlardan inam görürük, buna görə də Moody’s-ə etibarım azdır,” – deyə Bessent söyləyib.

Xatırladaq ki, Moody’s reytinq agentliyi ABŞ-ın dövlət borcunun artmasını əsas gətirərək ölkənin kredit reytinqini AAA səviyyəsindən AA1 səviyyəsinə endirib və bu dəyişiklik üçün stabil proqnoz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru