Rumıniyada prezident seçkisinin ilkin nəticələri açıqlanıb

19-05-2025, 09:58           
Rumıniyada prezident seçkisinin ilkin nəticələri açıqlanıb
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan ifrat sağçı namizəd Corc Simionu qabaqlayır.

Səslərin ilkin hesablanması bunu deməyə əsas verir.

54% səs toplayan Rumıniya paytaxtının meri 46% səs toplayan ifrat sağçı Rumınların Birləşməsi Alyansının namizədi George Simionu qabaqlayır.

Seçkilərdə iştirakın 65%-ə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Rumıniyada təkrar prezident seçkilərinin birinci turu mayın 4-də keçirilib. Simion 40,5 faiz səslə seçkidə qalib gəlib. Nikuşor Dan isə 21% səs toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru