Qriqoryan Tehranda "quşladı" : “Zəngəzur dəhlizi” adlanan məsələ Ermənistanın...

19-05-2025, 11:16           
Qriqoryan Tehranda "quşladı" :
“Zəngəzur dəhlizi” adlanan məsələ Ermənistanın gündəmində deyil.

Publika.az xəbər verir ki, bunu İrana səfəri zamanı Tehran Dialoq Forumunda çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Ermənistan "Zəngəzur dəhlizi" ifadəsini işlətmir. Söhbət regionda sülh və sabitliyin möhkəmləndirilməsi vasitəsi kimi regional kommunikasiyaların blokdan çıxarılmasından gedir", - Qriqoryan vurğulayıb.

O, çıxışında regional əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayan İran prezidentinin bəyanatlarına istinad edib.

Azərbaycanla danışıqlar prosesini şərh edən Qriqoryan qeyd edib ki, əvvəllər dialoq beynəlxalq oyunçuların vasitəçiliyi ilə aparılırdı, lakin son vaxtlar qarşılıqlı fəaliyyət əsasən ikitərəfli xarakter alıb. Onun sözlərinə görə, sülh sazişinin yekun mətni məhz bu formatda formalaşıb.

Ermənistan-İran münasibətləri mövzusuna qayıdan Qriqoryan vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq təcrübəsi ümumi mənafe üçün səmərəli qarşılıqlı fəaliyyət nümunəsi ola bilər.

Tehrana səfəri zamanı Qriqoryanı İran prezidenti Məsud Pezeşkian da qəbul edib. Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru