İran təsdiqlədi: ABŞ-lə danışıqlar İtaliyada olacaq

22-05-2025, 11:44           
İran təsdiqlədi: ABŞ-lə danışıqlar İtaliyada olacaq
İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqların beşinci mərhələsi mayın 23-də Romada keçiriləcək.

TEREF xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, Oman növbəti görüşün İtaliya paytaxtında keçirilməsini təklif edib və İslam Respublikası bununla razılaşıb.

Qeyd edək ki, daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 23-də İran və ABŞ arasında danışıqların beşinci raundunun keçiriləcəyini açıqlamışdı./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru