Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə

Bu gün, 11:12           
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Ermənistanda işgüzar səfərdə olub.

Modern.az xəbər verir ki, Lavrovun səfər zamanı qondarma “erməni soyqırımı” aibidəsini ziyarət etməməsi Ermənistan siyasi dairələrində müzakirələrə səbəb olub.

“Hraparak” yazır ki, hələ Lavrov İrəvana gəlməzdən öncə Rusiya Xarici İşlər Nazirliyi səfər proqramını təqdim edən bəyanat yayıb. Bildirilib ki, “ənənəyə uyğun olaraq, naməlum əsgərin məzarının əbədi məşəli önünə gül dəstələri, “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə isə əklil qoyulacaq”.

Dünən məlum oldu ki, “soyqırımı memorialı”na ziyarət səfər proqramından çıxarılıb: Lavrovun adından ora yalnız çələng göndərilib.

“Hraparak” ehtimal edir ki, ola bilsin ki, Lavrovun “erməni soyqırımı” abidəsini ziyarət etməməsi Ermənistan hakimiyyətinin tələbi və xarici işlər nazirinin razılığı ilə olub.

Rəsmi izahatda səfər proqramının dolu olması göstərilib. Rusiya Xarici İşlər Nazirliyi bunu naməlum əsgər abidəsini ziyarət edərkən çəkilmiş, arxa planda Ağrı dağı olan foto ilə kompensasiya etməyə çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.