Azərbaycan ordusunun irimiqyaslı tank təliminə reaksiya –Nazirlikdən bəyanat

5-11-2016, 09:44           

"Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılan irimiqyaslı təlimləri heç şübhəsiz erməni tərəfini qorxuya salıb”.

Bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

teref.az xəbər verir ki, bəyanatda daha sonra bildirilir:

"Beynəlxalq səviyyədə vasitəçilərin münaqişə ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşaraq Silahlı Qüvvələrimiz təlimləri ölkəmizin sərhədləri çərçivəsində, öz ərazilərimizdə bütün qoşun növlərinin cəlb olunması ilə keçirir və burada beynəlxalq tələblərin pozulmasından söhbət gedə bilməz.

Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə elə Ermənistan olmalıdır. Çünki beynəlxalq qurumların qəbul etdikləri qərarlara əhəmiyyət verməyən, laqeyd yanaşan, onları kobud şəkildə pozan məhz Ermənistandır.

Əslində, işğal olunmuş ərazilərimizdə Ermənistanın keçirdiyi hərbi təlimlərə reaksiya verilməli və rəsmi Yerevana qarşı sanksiyalar tətbiq edilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.