Medvedev ABŞ və Rusiya münasibətlərindən danışdı

6-11-2016, 11:44           

Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ və Rusiya münasibətlərinin Vaşinqtonun ucbatından “döşəmədən də aşağı” düşüdüyünü bildirib.

Bu barədə Baş Nazir İsrailin İkinci kanalına müsahibəsində qeyd edib.

"Təəssüf ki, Ukraynada baş verənlərə görə, bu münasibətlər prezident (Barak Obama) administrasiyasının səyləri sayəsində, necə deyərlər, “döşəmədən də aşağı” düşüb”,-deyə Dmitri Medvedyev bildirib.

“Açığı, biz hazırkı administrasiya, ABŞ rəhbəri Barak Obama ilə təmas qurmağa başlayanda, mən heç ağlıma gətirməzdim ki, münasibətlər belə aşağı səviyyəyə enəcək”, - deyə Medvedev etiraf edib.

Baş Nazir vurğulayıb ki, ABŞ ilə münasibətlərin pisləşməsi “bizim günahımız və seçimimiz deyil. Biz münasibətlərin normal olmasında maraqlıyıq” deyib. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru