Professor A. Qasımovadan AMEA-ya replika "Hətta akademik İ.Y. Kraçkovski belə risk edib..."
11-01-2017, 18:10
teref.az-nun elektron poçtuna professor. Aida Qasımovadan məktub daxil olub. Hörmətli professorumuzun məktubunu oxuculara təqdim edirik: Xahiş edirəm mənim Facebook sahifəmdəki bu xəbəri paylaşasiz. AMEA –nın həqiqi və müxbir üzvlüyünə yeni vakant yerlər açılıb. Diqqətimi çəkən Şərqşünaslıqla bağlı bir yer oldu. Şərqşünaslıq bir elm sahəsi kimi çox geniş anlamdır. Bu elm sahəsi dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya, coğrafiya və s. kimi bir çox sahələri əhatə edir; ərəb, fars, türk, urdu və s. kimi bir çox dillər də öz yerində. Bu səbəbdən tarix boyu şərqşünaslar dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və s. kimi sahələr üzrə ixtisaslaşıblar. Belə bir vakant yerin açılması çox gülünc və sifarişli təsir bağışladı. Hətta akademik İ.Y. Kraçkovski belə risk edib şərqşünaslıq üzrə akademik adını qəbul etməzdi, sadəcə utanardı. professor Aida Qasımova,
BDU,
https://www.facebook.com/nizami.ganjawi
Aida Gasimova Professor of Arabic Literature Baku State University teref.az olaraq hörmətli professorumuzun qaldırdığı problemlə bağlı AMEA-nın fikirlərini dinləyə bilərik! teref.az