Moskva niyə bu qədər narahatdır? – Şərh

12-05-2017, 10:40           

Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Rusiya belə bir gərgin geosiyasi vəziyyətdə Ermənistandakı bazalarından imtina etməyəcək:

“Əksinə, Moskva Gümrüdəki 102-ci bazanı təkmilləşdirməklə, briqadanı yeni silahlarla təmin etməklə regionda öz liderliyini qorumağa, xüsusilə də əhatə dairəsini genişləndirməyə çalışır. Rusiya bununla da bir sıra dövlətlərə təzyiqlərdən çəkinmədiyini ortaya qoyur. Burada söhbət ilk növbədə Gürcüstandan gedir. Türkiyəyə gəlincə isə, düzdür, yaxın münasibətlər var, ancaq Türkiyə və Rusiyanın qardaş dövlət olduğunu söyləmək olmaz. Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil. Faktdır ki, Azərbaycanın güclənməsi və regionda aparıcı rol oynaması müəyyən dairələri nəinki narahat edir, hətta qorxudur. Görünür, məhz bu səbəblər Rusiyanı belə bir addım atmağa vadar edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru