Bloklanma qərarına ABŞ-dan dərhal reaksiya

13-05-2017, 10:32           
Bloklanma qərarına ABŞ-dan dərhal reaksiya
Vaşinqtonda yerləşən Freedom House demokratiya və insan haqları təşkilatı Azərbaycanda beş media internet saytının bağlanması barədə məhkəmə qərarı ilə əlaqədar bəyanatla çıxış edib.

Təşkilatın beynəlxalq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib ki, “media saytlarının qadağan olunması ilə Azərbaycan hökuməti prezident İlham Əliyevin Azərbaycanda internet azadlığının olmasına dair tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını isbat edib”.

Freedom House təşkilatının bəyanatında bildirilir ki, bu qərardan gələcəkdə ölkədəki başqa internet medialarının qadağan edilməsi və ifadə azadlığının daha da boğulması üçün presedent kimi istifadə oluna bilər.

Robert Herman deyib ki, Azərbaycanın Qərb partnyorları ölkənin Avropa İnsan Haqları Konvensiyası da daxil, beynəlxalq öhdəliklərini pozmaq qərarına görə ondan hesabat tələb etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru