İrandan Azərbaycana sərhəd müdaxiləsi

15-05-2017, 15:03           

Sərhəddə problem yaranıb

Cəlilabad rayonunun İranla həmsərhəd olan ərazilərində İrandan gələn mal-qara sakinlərin əkin sahələrini yararsız hala salıb.

İstiPress-in cənub bürosunun məlumatına görə, bu barədə rayonun Babalı kənd sakini Qalib adlı şəxs məlumat verib. Vətəndaşın sözlərinə görə, sərhəddə bitərəf ərazidə əkilmiş taxıl zəmilərinə İran kəndlərindən hər gün onlarla inək daxil olur. Sahələrdə yetişmək ərəfəsində olan sünbülü yeyən mal-qara hektarlarla zəmini yararsız hala salıb.

Məsələ ilə bağlı sakinlər ərazidəki sərhəd xidmətinin əməkdaşlarına məlumat veriblər.

Qeyd edək ki, sərhədyanı ərazilərdə yerləşən sözügedən torpaq sahələri dövlət fond torpaqlarıdlr. Həmin ərazilər sakinlərə müəyyən müddətə əkin üçün icarəyə verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.