Tramp Rusiyaya gizli məlumatlar ötürdüyünü etiraf etdi

16-05-2017, 21:55           

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun ölkə başçısı kimi məxfi materialları Rusiya ilə bölüşməyə haqqı var. ABŞ prezidentinin fikrincə, onun Rusiya tərəfinə təqdim etdiyi məlumatlar terrorizm, o cümlədən İŞİD-lə mübarizəyə vasitəçi olacaq.

TASS-ın məlumatına görə, Tramp Tvitter hesabında yazıb: “Prezident kimi Rusiya tərəfi ilə Ağ Evdə görüşdə faktları bölüşmək istədim. Bu faktlar terrorizmə və uçuşların təhlükəsizliyinə aid idi. Mən, həmçinin Rusiyanın İŞİD ilə mübarizəni aktivləşdirməsini istərdim”.

Qeyd edək ki, bu gün Amerika mətbuatında prezident Donald Trampın Ağ Evdə Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşdə ona məxfi məlumatlar ötürdüyü haqda məlumatlar yayılıb.

Virtualaz.org onu da xatırladır ki, ABŞ dövlət katibi Reks Tillerson bu məlumatları təkzib edərək vurğulamışdı ki, Tramp və Lavrov arasında sadəcə terrorizmlə mübarizə də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.