Bakının İrəvan qarşısındakı SON TƏLƏBİ- Erməni jurnalist Ayrumyan

18-05-2017, 08:44           
Bakının İrəvan qarşısındakı SON TƏLƏBİ- Erməni jurnalist Ayrumyan
Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN

"Azərbaycan Qarabağın münaqişəsininnizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”.

Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus "OSA” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: "Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”.

N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu bildirib.

"Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi, susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, "aprel müharibəsi”ndən sonra İrəvan "ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü. Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru