Milli Məclisdə ÜAK gərginliyi: İmamverdi İsmayılov “ağzına su alıb oturub”

18-05-2017, 09:23           
Milli Məclisdə ÜAK gərginliyi: İmamverdi İsmayılov “ağzına su alıb oturub”
Parlamentdə gərgin müzakirələr gedir. Deputatlar Ümumrusiya Azərbaycanlılarının Konqresinin qeydiyyatının ləğvi, casus hərbçilər, Rusiyanın təzyiqləri, sosial-iqtisadi məsələlər və s. Aktual mövzular barəsində çıxış edirlər.

Ulus.Az xəbər verir ki, deputat İmamverdi İsmayılovun bu müzakirələrdə bir dəfə də olsun səsi çıxmayıb. Millət vəkilinin işi danışmaq, mövqe bildirmək olduğu halda İ.İsmayılov “ağzına su alıb oturub”.

Azərbaycanda İslamiada keçirilir, müxtəlif proseslər cərəyan edir, ölkə üçün taleyüklü məsələlər müzakirə edilir, qərarlar verilir. Ancaq heç birində bu deputatın iştirakı yoxdur.

125 saylı Zəngilan-Qubadli seçki dairəsindən olan deputat İmamverdi İsmayılov Cəbrayıldan deputat olan Astan Şahverdiyevin yolunu gedir

Köçkün rayonun millət vəkili olan İ.İsmayılov A.Şahverdiyev kimi seçicilərinə qarşı biganəlik nümayiş etdirir.

Millət vəkili zəngilanlı və qubadlılı seçicilərin problemləri ilə maraqlanmır, onlarla görüş keçirmir, şikayət və müraciətlərini dinləmir.

Necə ki, A.Şahverdiyevin laqeydliyi üst-üstə yığılıb yekunda zəlzələ effekti verdi, bu gedişlə İ.İsmayılov da zəngilanlı seçiciləri ayağa qaldıracaq.

Məcburi köçkünlərin cəmiyyətin ən həssas təbəqəsidir. Onlar yurd-yuvasından didərgin düşüb, yaxınlarının məzarları düşmən tapdağı altındadır, sosial vəziyyəti ürəkaçan deyil, dövlət tərəfindən daim qayğı göstərilir, prezidentin əsas diqqəti qaçqınlaradır.

Ancaq köçkün regionundan deputat olanlar prezident kimi eyni həssaslığı göstərmir. İ.İsmayılovun başı şəxsi biznes işlərinə elə qarışıb ki, yadına da düşmürlər.

Ulus.Az xəbər verir ki, spiker Oqtay Əsədov da İ.İsmayılovun parlamentin iclaslarında iştirakını hiss etməyib. Məcburi köçkünlər qeyd edirlər ki, onlar deputatından əlini üzüb.

Azərbaycanda son konstitusiya dəyişikliyindən sonra gözlənilən iqtisadi-siyasi islahatlar icraedici orqan mənsubu olan məmurlarla yanaşı parlament üzvlərini, millət vəkillərini də diqqət mərkəzinə gətirib.

Belə ki, yeni dövrün tələblərinə cavab verməyən, işini yalnız parlamentdə kreslo tutmaqla yekunlaşdıran deputatların yeni islahatlar imtahanından çıxmayacağı bəllidir.

Bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr, proseslərdə fəal iştiraklarını nümayiş etdirsə də, mətbuata ümumiyyətlə çıxışı olmayan, öz funksiyalarını susmaqla yerinə yetirən, seçiciləri ilə təmas qurmaqdan belə çəkinən, daha doğrusu buna lüzum görməyən millət vəkilləri də var.

Milli Məsclisdə aktiv deputatlarla bərabər, “lal kar dinməz, söyləməz” mandat sahibləri də var. Bu mandat sahibləri sadəcə öz bizneslərinin toxunulmazlığı üçün parlamendə təmsil olunduqları hər kəsə aydındır.

Milli Məclisdə deputat olduğu vaxtdan bəri heç bir çıxışı ilə yadda qalmayan, iqtidarın siyasətinin əhali arasında təbliğində yetərincə iştirak etməyən, xarici təşkilatların Azərbaycanla bağlı haqsız mövqelərinə qarşı əks mövqe belə sərgiləməyi düşünməyən İ.İsmayılovun 5 il boyunca hakimiyyətin adından istifadə etməsi onun növbəti seçkidə şanslarını tamam tükədib.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.