İran ordusu Suriyada 15 general və min hərbçi itirdi

18-05-2017, 10:58           

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan 2 nəfər hərbçi Suriyada gedən döyüşlərdə həlak olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən hərbçilər SEPAH-ın Zeynebiyyun taqımında xidmət edirmiş.
İranın “İRNA” dövlət agentliyi sözügedən hərbçilərin adlarını da açıqlayıb. Onlar Seyyid Sacid və Seyyid Naki Şah adlı hərbçilərdir. Öldürülən hərbçilərin cənazələri İranın Qum şəhərinə göndərilib.
İran mediasının məlumatına görə, son 6 ildə Suriyada gedən döyüşlərdə İran ordusu 15 general olmaqla 1000 nəfər hərbçi itirib:
“İranlı hərbçilər Suriyada Bəşər Əsəd ordusunun tərəfində döyüşürlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru