Rusiya İrəvanı İŞİD-in hədəfinə çevirdi – ABŞ qurumu

18-05-2017, 13:37           

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İŞİD-ə qarşı mübarizədə Ermənistandakı 102-ci bazadan istifadə ediləcəyini deməklə İrəvanı islamçı radikalların hədəfinə çevirib.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Ceymstaun Foundeyşın” təşkilatı çıxış edib. Təşkilat Gümrüdəki bazanın İŞİD-ə qarşı istifadəsinin nəzəri baxımdan mümkün olduğunu bildirib.

“Rusiya Prezidenti Vladimir Putin növbəti seçkidən öncə iqtisadiyyatda çətin böhranla üz-üzə qalıb. Artıq Ukrayna və Suriyadakı müharibələrlə vətənpərvərlik hisslərinin oyadılması mümkün olmur. Buna görə də Putin yeni əməliyyat başlada bilər. Lakin erməni elitasının zəif iradəsi onların Moskvanın bu planına qarşı çıxış etməsinə maneə yaradır. Əgər aprel ayında Ermənistandakı siyasi qüvvələrin çoxu Rusiyanı yanında görmək istəyirdilərsə, indi vəziyyət bir qədər dəyişib. Hazırda Ermənistan parlamenti artıq əvvəlki kimi Kremlə qarşı loyal deyil”, - deyə qurumun təhlilində vurğulanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.