Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib - "...saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm"

23-05-2017, 10:43           
Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib - "...saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm"
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib.
Bu barədə "Report"a F.Mehdiyev özü məlumat verib.
O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib:
"Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm".
Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru