Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır – HƏYASIZLIQ

23-05-2017, 14:09           
Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır – HƏYASIZLIQ
Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr hava qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
“Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub” –deyə “Yell Extreme Park” laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.

Təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin, Kəlbəcər ərazisindəki alban monastırı istiqamətində gerçəkləşəcəyi bildirilir.

Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru