“Beynəlxalq Bank 2018-dən tez özəlləşdirilməyəcək” – Nazir

24-05-2017, 08:43           
“Beynəlxalq Bank 2018-dən tez özəlləşdirilməyəcək” – Nazir
“Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”. “APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görəş bank ilk növbədə balans göstəricilərini “səhmana salmalıdır”. “Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi – 76,7%, Aqrarkredit – 14,6%) çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru