2 nüfuzlu icra başçısı yola salınır - KİMLƏRDİR?

2-06-2017, 13:22           
2 nüfuzlu icra başçısı yola salınır - KİMLƏRDİR?
Azərbaycanda mühüm postlarda dəyişikliklər davam edəcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, hazırda iki nüfuzlu icra başçısının vəzifələrindən azad edilməsinə tədarük görülür.

Mənbənin dia.az-a söylədikləri: "Onlardan biri hazırda özünün mövqeyi ilə bir neçə icra başçısını belə təsiri altında saxladığı söylənilən Gəncə şəhər İH-ninin rəhbəri Elmar Vəliyev, digəri isə ondan nüfuz sarıdan heç də geri qalmayan Qaradaş RİH rəhbəri Süleyman Mikayılovdur".

Mənbə bildirir ki, yaxın vaxtlarda bu dəyişikliklər rəsmən elan oluna bilər.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru