Bakıdan İrəvana SARSIDICI ZƏRBƏ: Ermənistan məğlub oldu

2-06-2017, 20:02           

Azərbaycan Ermənistana daha bir zərbə vurub.
teref.az Publika.az-a istinadən xəbər verir ki, mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.
İclasda Ermənistan qondarma “DQR”-i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.
“Bu Azərbaycanın beynəlxalq müstəvidə Ermənistan üzərindəki növbəti qələbəsidir”.
Bu sözləri Ermənistanın “Aravot” qəzeti yazıb. Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.
“Bundan əvvəl ATƏT-in İrəvan ofisi Bakının tələbi ilə bağlandı. İndi də bu, baş verdi. Burada ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir”, – deyə erməni jurnalist vurğulayıb.
N.Qriqoryan “hətta Ermənistan Qarabağla bağlı hansısa məsələni Günəş sistemində qaldırsa belə, Azərbaycan bunun qarşısını kəsəcək” deyə məcazi mənada qeyd edib.
“Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”, – deyə o diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru