Putin: “Qarşılıqlı əməkdaşlığın bünövrəsi dağılıb”

2-06-2017, 21:04           
Putin: “Qarşılıqlı əməkdaşlığın bünövrəsi dağılıb”
“Vaşinqtonla Moskva beynəlxalq səviyyədə – BMT və G20-də dialoqu saxlayır, lakin qarşılıqlı əməkdaşlığın bünövrəsi dağılıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-Rusiya münasibətlərinin hazırkı durumunu şərh edərkən deyib.

Putin bildirib ki, hazırkı vəziyyət nə rus, nə də ABŞ biznesi üçün sərfəlidir: “İkitərəfli ticari əlaqələrin möhkəmliyi siyasi konyuktura tərəddüdləri qarşısında sığorta rolunu oynaya bilər.
Moskva ikitərəfli münasibətləri normallaşdırmaq üçün ABŞ prezidenti Donald Trampla dialoqu davam etdirəcək. Lakin Vaşinqton bunun üçün siyasi iradə nümayiş etdirməlidir.
Uğur qazanmaq üçün hər iki tərəfdən siyasi iradə, məsələlərin həllinə hazırlıq olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru